Accessibility links

ATƏT qüvvələri yenə Krıma buraxılmadı


ATƏT bildirir ki, Krımdakı Rusiya tərəfdarı qüvvələr beynəlxalq müşahidə qüvvələrinin Ukraynanın bu bölgəsinə daxil olmasına yenidən icazə verməyib.

Bugünkü insidentdən sonra ATƏT Twitter vasitəsilə bildirib ki, komanda yenidən cənub şəhəri olan Xersona qayıdır.

Bu gün həmçinin Polşa xarici işlər naziri Radoslav Sikorski "Rusiya qüvvələrinin davam edən narahatlığı" səbəbilə Polşanın Sevastopoldakı konsulluğunu boşaltdığını bəyan edib.

Ukraynanın müvəqqəti xarici işlər naziri Ukraynadakı böhranın diplomatik və sülh yolu ilə həllinə çağırıb. Bu gün paytaxt Kiyevdə danışan Andrey Deşçitsiya deyib ki, Ukrayna "konkret nəticə"yə aparacaq hər bir mümkün addıma açıqdır. Ancaq o, vurğulayıb ki, Krım həmişə Ukrayna ərazisi olub və bundan sonra da belə olacaq.
XS
SM
MD
LG