Accessibility links

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana səfəri çərçivəsində görüşlərə başlayıb. O jurnalist təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri və rəsmi şəxslərlə görüşür.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) Azərbaycanda səfərdədir. O, bu gün 1 saylı cəzaçəkmə müəssisəsində jurnalist Eynulla Fətullayevlə görüşüb.

Xanım Miyatoviç bu gün həmçinin Azərbaycanın jurnalist təşkilatlarının və müstəqil mətbuat nümayəndələri ilə görüşüb. Görüşdə Azadlıq qəzetinin redaktoru Qənimət Zahid, Zerkalo qəzetinin baş redaktoru Elçin Şıxlinski, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Cəfərov, İREX beynəlxalq təşkilatının Azərbaycan layihəsinin hüquqşünası Ələsgər Məmmədli iştirak edib. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsinə Azərbaycanda mətbuatın problemləri, o cümlədən mətbuata siyasi, iqtisadi, məhkəmə və fiziki təzyiqlər barədə məlumat verilib.
Dunya Miyatoviç mayın 11-də Mətbuat Şurası ilə birgə “Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı keçirilən konfransda iştirak edəcək. Xanım Miyatoviç rəsmi şəxslərlə də görüşəcək.

XS
SM
MD
LG