Accessibility links

Atlantik Şurasında “NATO Qafqazda: Azərbaycan” mövzusunda müzakirələr keçirilib (Video)


“NATO Qafqazda:Azərbaycan”
please wait

No media source currently available

0:00 0:04:03 0:00

“NATO Qafqazda:Azərbaycan”

Vaşinqtonda yerləşən Atlantik Şurasında “NATO Qafqazda: Azərbaycan” mövzusunda müzakirələr keçirilib. Rusiyanın Ukraynanın şərq regionundakı əməliyyatlarından sonra Azərbaycan kimi Qafqaz respublikalarında sabitliyin qorunması məsələsi gündəmə gətirilib.

İctimai strategiya sessiyasında Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim, ABŞ dövlət katibinin müavin yardımçısı Erik Rubin və Corc Vaşinqton Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa ölkələri üzrə araşdırmaçısı Brenda Şaffer kimi ekspertlər və siyasətçilər bir araya gəlib.

Tədbirdə iştirak edən nümayəndələr Azərbaycanın geosiyasi və strateji mühümlüyünü qeyd edib, onun NATO kimi beynəlxalq təsisatlarla əməkdaşlığının vacibliyini vurğulayıb.

Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim NATO-nun baş katibinin prezident İlham Əliyevlə yanvarın 15-dəki görüşündən sonra Azərbaycanla bağlı dediklərindən sitat gətirib. “Azərbaycan NATO üçün böyük əhəmiyyət kəsb edir, o Avropanın enerji təhlükəsizliyi və Qafqazda sabitliyin qorunmasında misilsiz bir ölkədir“.

Səfir İbrahim Azərbaycanın NATO ilə tərəfdaşlıq çərçivəsində Əfqanıstandakı yardım fəaliyyətlərindən danışıb və Azərbaycanın humanitar sahədə təkcə Əfqanıstan deyil, digər ölkələrdə də fəaliyyətini genişdirəcəyini deyib. O, ölkəsinin kibernetika sahəsində də NATO ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

ABŞ dövlət katibinin müavin yardımçısı Erik Rubin ABŞ-ın sabiq Sovet respublikaları ilə əlaqələrinin mühümlüyünü və xüsusilə də Azərbaycanın NATO ilə tərəfdaşlığını yüksək qiymətləndirib. ABŞ-ın rəhbərliyi altında aparılan hərbi əməliyyatlarda göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. O Əfqanıstandakı qüvvələrinin təchizatında Azərbaycanın rolunu təqdirəlayiq adlandırıb.

Corc Vaşinqton Universitetindən Avrasiya, Rusiya və Şərqi Avropa ölkələri üzrə araşdırmaçısı Brenda Şaffer əvvəlcə Azərbaycana göstərilən marağa görə auditoriyaya təşəkkürünü bildirib. O, söyüq müharivə dövründə yaranan NATO-nun missiyasının hazırda dəyişdiyini deyib. Rusiya ilə Amerikanın arasındakı qarşıdurmadan danışan xanım Şaffer bildirib ki, indi düşməni müəyyən etmək çətinləşib. O, Rusiyanın Krımdakı əməllərini misal gətirərək, Qafqaz respublikalarının da Rusiyanın manipulyasiyalarına hədəf ola biləcəyi barədə xəbərdalıq edib. İran və Rusiya arasında olan Azərbaycanın Ermənistanla ərazi münaqişəsinin həllində Rusiyanın rolunu tənqid edib.

Azərbaycanın enerji ixracına toxunan Şaffer deyib ki, cənub koridorunu seçməyə Azərbaycanı qonşuları ilə əlaqələri vadar edib. Belə ki, Azərbaycan Avropa ilə əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verib.

Rusiyanın Ukraynadakı əməllərindən sonra Amerikanın Rusiyanın Azərbaycan kimi qonşusunun ərazi bütövlüyünün müdafiəsinə yardımından danışan ABŞ dövlət katibinin müavin yardımçısı Erik Rubin qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilk günündən o ölkəyə dəstək verib. “Hər bir ölkənin tərəfdaş və müttəfiq seçmək kimi bir huququ var. Biz Azərbaycanla tərəfdaşlıq əlaqələrimizi genişləndiririk. Son 20 ildəki əməkdaşlığımız ehtiram və birgə nailiyyətlərə əsaslanır. Biz regionda sülhü dəstəkləyir, Azərbaycanın Əfqanıstandakı missiyamıza verdiyi dəstəyi yüksək qiymətləndiririk.”

Amerikanın səsinə danışan Rubin Azərbaycanın ABŞ-ın İraq və Kosovodakı missiyarina verdiyi dəstəyi təqdirəlayıq adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG