Accessibility links

ATƏT-in seçkiləri müşahidə missiyası oktyabrda gələcək


ATƏT-DTİHB-(logo)
ATƏT-DTİHB-(logo)

DTİHB-nin müşahidə missiyasında müxtəlif vəzifələrə ərizə qəbuluna başlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda prezident seçkilərinə müşahidə missiyasını oktyabrın ikinci yarısında göndərəcək.
DTİHB-nin saytının məlumatına görə, gələcək missiyada müxtəlif vəzifələrə ərizə qəbuluna başlanıb.

Missiya rəhbəri və müavini, politoloq, seçkilər, hüquq sahəsində mütəxəssis, media üzrə analitik və uzunmüddətli müşahidəçilər koordinatoru vəzifələrinə qəbul elan edilib.
Seçilmiş namizədlərin iş müddəti 8 həftə, ikinci mərhələ keçirilməsi zərurəti yaranarsa əlavə olaraq 3 həftə təşkil edəcək.

Azərbaycandan başqa, bütün ATƏT ölkələrinin vətəndaşları namizəd ola bilər, onlar avqustda müşahidə ölkəsinə getməyə hazır olmalıdırlar.
Ərizələrin son qəbul tarixi 4 avqustdur.
XS
SM
MD
LG