Accessibility links

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Martın 24-də Haaqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşüb.Görüşün nəticələri barədə hələ rəsmi məlumat yayılmayıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə Haaqada Azərbaycan prezidenti İlham Əliyev də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, martın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Haaqada keçiriləcək görüşündən sonra apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər.

“Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Böyük sülh sazişinə hazırlığa başlamaq lazımdır”, - E.Məmmədyarov qeyd edib.

O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü müəyyən vaxt var. Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.
XS
SM
MD
LG