2014-cü ilin yanvarın 1-dən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.
APA agentliyinin məlumatına görə, bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.
Qərara əsasən, Layihə Əlaqələndiricisi aşağıdakı vəzifələri icra edəcək:
- ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın dəstəklənməsi;
- ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası;
- Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması;
- ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.
Qeyd edək ki, ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.