Accessibility links

Suriya ordusunun buraxılış mərasiminə dronlarla hücum azı 80 nəfər ölümünə səbəb olub


Suriya rəsmiləri cümə axşamı Homs şəhərində ordu zabitlərinin buraxılış mərasiminə dronların hücumu nəticəsində azı 80 nəfərin həlak olduğunu bildirib.

Associated Press Suriyanın səhiyyə nazirinə istinadən xəbər verir ki, hücumda azı 240 nəfər yaralanıb. Hücuma görə kimin məsuliyyət daşıdığı bəlli deyil.

Ordu buraxılış günü sona yaxınlaşarkən partlayıcılara sarılmış dronların mərasimi hədəf aldığını təsdiqləyib. Ordu rəsmiləri ağır vəziyyətdə olanlar arasında qadın və uşaqların da olduğunu bildirsə də, itkilərlə bağlı rəsmi məlumat verməyib.

Suriya hökuməti cümə günündən etibarən üç günlük matəm elan edib.

Hərbçilər heç bir konkret qurumu qeyd etmədən hücumda "məlum beynəlxalq qüvvələr tərəfindən dəstəklənən" ekstremistləri günahlandırıb və söz veriblər ki, "harada olurlarsa olsunlar, bu terror təşkilatlarına tam güc və qətiyyətlə cavab verəcəklər".

Hücumdan sonra hökumət üsyançıların nəzarətində olan şimal-qərb əyaləti olan İdlibdə şəhərləri bombalayıb. Atışma nəticəsində nə qədər insan itkisi olduğu bilinmir.

Suriyanın şimal-qərbində fəaliyyət göstərən könüllü mülki müdafiə təşkilatı olan Ağ Dəbilqəlilərin bildirdiyinə görə, cümə axşamı səhər hökumət bölgədəki daha bir kəndi atəşə tutub, bir ailənin evini vurub, bir yaşlı qadını və onun dörd uşağını, eləcə də yardım işçilərini öldürüb.

Ağ Dəbilqəlilər 9 mülki vətəndaşın da yaralandığını bildiriblər.

Ölkənin şimal-qərbi Əl-Qaidə ilə əlaqəli yaraqlılar və Türkiyənin himayədarlıq etdiyi müxalif döyüşçüləri tərəfindən işğal olunub. Orada yaşayanların əksəriyyəti həddindən artıq yoxsulluq içindədir və yaşamaq üçün humanitar yardıma güvənirlər.

Həmçinin cümə axşamı pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki Hassake və Qamışlı əyalətlərində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin nəzarətində olan neft hasilatı zavodlarına, elektrik yarımstansiyalarına və bəndlərə hücum edib.

Yerli hakimiyyət orqanları bombardman nəticəsində altı SDQ döyüşçüsü və iki mülki vətəndaşın həlak olduğunu bildirib.

BMT-nin sözçüsü cümə axşamı bildirib ki, Baş katib Antonio Quterreş "Hümsdə hərbi akademiyanın məzuniyyət mərasiminə pilotsuz təyyarənin hücumundan dərin narahatdır" və "Suriyanın şimal-qərbindəki bir çox məntəqənin cavab atəşi ilə bağlı xəbərlərdən və yeni gələn itkilərdən dərin narahatlıq keçirir".

Sözçü həmçinin bütün tərəfləri mülki insanları müdafiə etməyə çağırıb və bildirib ki, Quterreş "Suriyadakı bütün zorakılığı qəti şəkildə pisləyir və bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırır".

Forum

XS
SM
MD
LG