Accessibility links

Zelenski: Rusiya bizi sındırmaq üçün bir yol tapa bilməyib və bilməyəcək


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən doqquz ay keçməsinə baxmayaraq, cümə axşamı gecə çıxışında düşmən "bizi sındırmaq üçün bir yol tapa bilməyib və bilməyəcək" deyib və əlavə edib ki, ordumuz bütün istiqamətlərdə "əsas xətləri" qoruyub saxlayır.

O, Ukraynanın adlarını açıqlamadığı bəzi bölgələrində irəliləyişlər planlaşdırıldığını bildirib.

Bu arada isə Ukraynanın böyük hissəsi qaranlığa qərq olub. Çərşənbə günü Rusiyanın mülki infrastruktura silsilə raket hücumları nəticəsində onsuz da su təchizatına zərbə dəyən ölkənin çox yerində elektrik enerjisi də kəsilib.

"Biz birlikdə doqquz aydır genişmiqyaslı müharibəyə dözdük və Rusiya bizi sındırmaq üçün heç bir yol tapmadı və tapmayacaq," Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri bu ayın əvvəlində tərk etdiyi Xerson şəhərini intensiv şəkildə bombalayır. Xerson rusların genişmiqyaslı işğalında indiyə qədər ələ keçirdikləri yeganə regional paytaxt idi.

Zelenski deyib ki, "demək olar ki, hər saat" Rusiyanın şəhərə yeni hava zərbələri ilə bağlı xəbər gəlir və yerli rəsmilər cümə axşamı orada 7 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi müəyyən ərazilərə əlavə qüvvələr göndərir.

"Bu terror Rusiya ordusu Xerson vilayətindən qaçmağa məcbur olandan dərhal sonra başlayıb. Bu, məğlub olanların qisasıdır. Onlar döyüşə bilmir. Yeganə edə bildikləri tək şey terrordur. Ya enerji terroru, ya artilleriya, ya da raket terroru. Rusiyanın hazırkı liderləri buna qədər alçalıb" - deyə, Zelenski bildirib.

Zelenski Rusiyanın müəyyən ərazilərə əlavə qüvvələr göndərdiyini deyib.

Ukrayna Ordusu Baş Qərargahının bildirdiyinə görə, ruslar Xerson vilayətinin işğal altında olan Skadovski ərazisində "əks-təxribat və polis tədbirlərini gücləndirir".

XS
SM
MD
LG