ABŞ Milli Təhlükəsizlik rəsmiləri iki Sakit Okean adasında saxlanılan qaçqınların barmaq izlərinin götürülməsi prosesinə başlayır.
Müsahibə və tibbi yoxlanışdan keçmələridə nəzərdə tutulmuş qaçqınlardan biometrik məlumat toplanacaq.
Avstraliya sığınacaq axtarışında olan 2000-dən çox insanın Nauru və Papua Yeni Qvineyada qalmaları üçün pul ödəyir. Bu insanların adada yaşadıqları şərait insan haqları təşkilatları tərəfindən tənqidlə qarşılanıb.
ABŞ prezidenti Donald Tramp müəyyən tərəddüddən sonra sələfi Barak Obama və Avstraliyanın baş naziri Malkolm Turnbull tərəfindən imzalanan razılığın şərtlərinə əsasən qaçqınların qəbul edilməsinə razılıq verib.
Prezident Tramp bir qədər əvvəl həmin müqaviləni “səhv razılıq” adlandırb.
ABŞ prezidenti deyib ki, mühacirlər ölkəyə daxil olmazdan əvvəl hərtərəfli yoxlamadan keçəcək. Lakin bu yoxlamanın nədən ibarət olacağı və nə qədər zaman çəkəcəyi qeyri-müəyyən qalır.