Accessibility links

Azərbaycanda şiələr Aşura gününü qeyd edir [Video & Fotoqalereya]


Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Ölkə məscidlərində qanvermə aksiyaları keçirilir

Oktyabrın 12-də Azərbaycan şiələri Aşura gününü qeyd edir. Ölkənin məscidlərində mərasimlər keçirilir, ibadət edilir.

Matəm 680-ci ildə Məhəmməd Peyğəmbərin nəvəsi və imam Əlinin oğlu imam Hüseynin Kərbəla şəhəri yaxınlığında faciəli ölümü ilə bağlıdır.

Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Aşura günü dindarlar Yezidin qoşunu ilə qeyri-bərabər döyüşdə həlak olan imam Hüseynı anırlar.

Bu gün məscidlərdə Aşura günü ilə bağlı həm də qanvermə aksiyaları keçirilir.

APA agentliyinin məlumatına görə, aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq 400-ə yaxın şəxs qan verib.

Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Aksiya ölkənin 15 məscidində keçirilir.

Polis aksiyaların məscidlərdən kənara çıxmaması üçün əvvəlcədən dindarlara xəbərdarlıq edib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) virtualaz.org saytına bildiriblər ki, Aşura mərasimi ilə əlaqədar küçə yürüşlərinin keçirilməsi fətva ilə qadağan olunub.

Son illərədək Aşura günündə dindarlar məscidlərdən kənar izdihamlı küçə yürüşləri və başqa kütləvi aksiyalar keçirirdilər.

Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Sayt bildirir ki, Aşura günü dini icmalar tərəfindən qanunvericiliyə necə riayət olunmasına xüsusi komissiyalar nəzarət edəcək və onlar öz müşahidələri ilə bağlı hesabat hazırlayacaqlar. Yerlərdəki bütün axund və imamlara göndərilən tövsiyələr QMİ-də, müxtəlif dövlət idarələri ilə birlikdə hazırlanıb.

XS
SM
MD
LG