Noyabrın 4-də Azərbaycan şiələri Aşura gününü qeyd edib.
Məscidlərdə mərasimlər keçirilir, dualar oxunur, matəm musiqisi çalınır. Yerlərdə ehsanlar verilir.
Matəm 680-ci ildə Məhəmməd Peyğəmbərin nəvəsi və imam Əlinin oğlu imam Hüseynin Kərbəla şəhəri yaxınlığında ölümü ilə bağlıdır.
Aşura günü dindarlar Yezidin qoşunu ilə qeyri-bərabər döyüşdə həlak olan imam Hüseynı anır.