Brüsselin Britaniya üçün ayrılan və Britaniya əczaçılıq şirkəti tərəfindən hazırlanan on milyonlarla COVID-19 peyvənd dozasının Avropaya çatdırılmasını tələb etməsindən sonra Britaniya ilə Avropa İttifaqı arasında peyvənd müharibəsi başlayıb.
Bu tələb Avropa İttifaqı ilə əczaçılıq şirkəti AstraZeneca arasındakı mübahisədə kəskin siyasi bir dönüşün olduğunu göstərir və peyvənd millətçiliyi risklərini artırır. Mübahisə əczaçılıq nəhənginin mart ayının sonuna qədər Avropaya çatdırmağı planlaşdırdığı peyvənd dozasının 80 milyondan 31 milyona endirməli olduğunu elan etməsindən sonra başlayıb.
Bürokratik yanlışlıqlar və vaksin çatışmazlığı qitədə narazılıqlara yol açıb. Macarıstan Avropa İttifaqının digər ölkələrindən ayırlıb qurumun dərman tənzimləyici orqanlarının təsdiqləmədiyi Rusiya istehsalı Sputnik V peyvəndlərini almağı planlaşdırır.
Brüsselin səhiyyə üzrə komissarı Stella Kiriakides deyib ki, AstraZeneca Avropadakı zavodlarda istehsal çətinliyinin olduğunu deyirsə, əczaşılıq şirkətinin Britaniya üçün istehsal etdiyi dozaların Avropaya yönəldilməsi gərəkdir. Britaniya hökuməti peyvənd sifarişini Avropa Birliyinnin AstraZeneca ilə müqaviləsindən üç ay əvvəl imzalayıb.
"Biz ilk gələnə ilk xidmət məntiqini rədd edirik. Bu, məhəllə qəssabxanalarında işləyə bilər, müqavilələrdə deyil" - deyə, Kiriakides çərşənbə günü bildirib.
AstraZeneca ilə görüşdən sonra Kiriakides "çatdırılma qrafikində davamlı aydınlıq olmamasına" görə təəssüfləndiyini və istənilən miqdarda peyvəndin tezliklə çatdırılmasını gözlədiyini deyib.