Accessibility links

Mühacirlər İlham Əliyevə etiraz edib [Video]


AŞPA-da aksiiya
AŞPA-da aksiiya

Hazırda prezident Əliyev AŞPA-da çıxış edir. Mühacirlər siyasi məhbusların fotoları əks olunan köynəklər geyinib

Bir qrup Avropada yaşayan azərbaycanlı siyasi mühacir Avropa Şurası Parlament Assambleyasında prezident İlham Əliyev çıxış edərkən etiraz aksiya keçirib.

Amerikanin Səsine aksiya iştirakçilarından daxil olan məlumata görə onlar ağızlarını qara lent ilə bağlayıb və Azərbaycanda həbs olunmuş siyasi məhbusların şəkilləri əks olunmuş köynəklər geyiniblər.

Buna görə çıxış qısa müddətə dayandırılıb. Lakin İlham Əliyev çıxışını davam etdirib.

Aksiya edən mühacirlər plakat açmaq istəsələr də buna imkan verməyiblər, amma onlar iclas zalından çıxarılmayıb.

İlham Əliyev çıxışında isə onların bu akiyasına reaksiya verib.

Prezident bildirib ki, onun çıxışına etiraz edənlər 1992-93-cü illərdə ölkədə baş verənlərdən xəbərdar deyillər.

“Buna görə onları günahlandırmaq olmaz. Tribunadaki gənclər 92-93-cü illərdə baş verənlərdən xəbərsizdirlər”.

(Video hüquq müdafiəçisi Emin Hüseynovun instagramından götürülüb)
XS
SM
MD
LG