Accessibility links

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib


Alen Destekse
Alen Destekse

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin martın 7-də Parisdə keçirilən iclasında Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edilib.

AŞPA prezidenti olan Pedro Aqramuntun yerinə Belçikalı parlamentari Alen Destekse yeni məruzəçi olub.

Destekse insan hüquqları sahəsində ekspert kimi məşhurdur. O, Ruanda soyqırımı haqqında kitabın müəllifidir. Destekse orada beynəlxalq qeyri-kommersiya təşkilatının missiyasında işləyib.

AŞPA-nın insan hüquqları üzrə məruzəçi institutu 2014-cü ilin iyununda vətəndaş cəmiyyəti fəallarının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi vəzifəsini bərpa etmək çağırışlarından sonra təsis edilib.

23 iyun 2014-cü ildə AŞPA bürosu “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət nöqteyi-nəzərdən hansı addımlar atılır?” adlı qətnamə layihəsini təqdir edib. Bu qərar əsasında “Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə üzrə təklif” sənədi qəbul edilib.

Bu zaman ölkədə siyasi məhbuslar məsələsi baxılması üçün AŞPA-nın insan hüquqları komitəsinə təqdim edilib.

2014-cü il iyunun 25-də AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin etirazı ilə əlaqədar siyasi məhbuslar problemi vurğulanmadan, ümumilikdə insan hüquqları üzrə məruzəçi təyin etmək qərara alınıb.

Azərbaycanda insan hüquqlarının pozulmasının tənqidçisi, irlandiyalı deputat Maykl MakNamara məruzəçi vəzifəsinə Niderlandlı Pieter Omtsiqti təklif edib. Alternativ namizəd ispaniyalı deputat Pedro Aqramunt olub və o, səs çoxluğu ilə seçilib.

Bundan bir neçə həftə sonra Azərbaycanda QHT-lərə qarşı təzyiqlər başlayıb, onlarla təşkilat istintaqa cəlb edilib, aparıcı hüquq müdafiəçiləri həbs edilib.

XS
SM
MD
LG