Accessibility links

Zimbabve sevimli aslanı öldürmüş amerikalının təhvil verilməsini istəyir


Zimbabvenin təbiəti mühafizə nazıri bildirib ki, onun ölkəsi hər kəs tərəfindən tanınan şiri öldürməkdə ittiham edilən ABŞ vətəndaşını ekstradisya etmək yollarını araşdırır.

Zimbabve hökuməti Minnesota ştatının Eden Prairie şəhərində yaşayan diş həkimi Valter Palmerin ekstradisiyasına çağırıb.

Bu ayın əvvəli Zimbabvedə vəhşi heyvan ovu zamanı Sesil adlı aslanı öldürdükdən sonra Palmerin ictimaiyyətdən gizləndiyi deyilir.

ABŞ-ın Balıq və Vəhşi Təbiət Xidməti agentliyi hadisə ilə əlaqədar təhqiqata başlanıldığını, lakin Palmerlə əlaqə saxalya bilmədiyini bildirib.

Agentlik Palmer və ya onu təmsil edəcək şəxsi ABŞ rəsmiləri ilə dərhal əlaqə saxlamağa çağırıb.

Agentlik Sesilin ölümünü faciə adlandırıb və hadisənin ətraflı araşdırılacağını bildirib.

XS
SM
MD
LG