Accessibility links

Aslan İsmayılovun məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb [Video]


Aslan İsmayılov
Aslan İsmayılov

Hüquqşünası “Müasir Müsavat” Partiyasının sədri məhkəməyə verib

Fevralın 7-də Səbael rayon Məhkəməsində hüquqşünas Aslan İsmayılovun məhkəməsi davam edib.

Hakim Azər Tağıyev “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin təhqir edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədi ilə Aslan İsmayılovun Facebook statusunu ekspertizaya göndərib və məhkəmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb.

Aslan İsmayılov məhkəmənin qarşısında çıxış edir
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Aslan İsmayılovu "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. O, hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Səbael Rayon Məhkəməsində hakim Azər Tağıyev Aslan İsmayılovun fevralın 1-də təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edib.

Fevralın 1-də keçirilən hazırlıq iclasında Hafiz Hacıyev Aslan İsmayılovun prezident və ailəsini, məmurları təhqir etdiyini söyləyib. Hafiz Hacıyevin iddiasına görə, Aslan İsmayılov sosial şəbəkələrdə onu “canlı” adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb.

Aslan İsmayılov isə Hafiz Hacıyevin iddiasının əsassız olduğunu bildirib.

İsmayılov hesab edir ki, onun cəzalandırılması sifarişdir və Hafiz Hacıyevdən sadəcə vasitə kimi istifadə olunur. Cəzalandırılmasına səbəb isə Milli Onkologiya Mərkəzində korrupsiya halları, apteklərdə psixotrop tərkibli dərmanların reseptsiz satılması və s. haqda yaydığı materiallardır.

Bu günkü məhkəmə iclasından sonra Aslan İsmayılov Azərbaycanın bir sıra yüksək vəzifəli məmurlarının, o cümlədən icra hakimiyyəti başçılarının ünvanına sərt tənqidlər söyləyib.

XS
SM
MD
LG