ABŞ-dakı insan haqları qrupları ötən il koronavirus pandemiyası başladığından bəri asiyalı amerikalılarına qarşı nifrət nitqi və hücumların artmasını müşahidə etdiklərini bildiriblər. Bu, asiyalıların əleyhinə əhval-ruhiyyə ilə bağlı narahatlığın artmasına gətirib çıxarıb.