Pakistanda küfr ittihamı ilə 8 il ölüm kamerasında saxlanan xristian qadın Ali Məhkəmənin qərarından sonra ölkəni tərk edə bilər. 2010-cü ildə küfr ittihamı irəli sürülərək, ölüm hökmü çıxarılan Asiya Bibi keçən ilin oktyabr ayında bəraət qazanıb. Ölkənin Ali Məhkəməsi məhkəmə işi ilə bağlı araşdırma ərizəsini rədd edərək, Bibinin ölkəni tərk etməsinə qərar verib.
Ölkənin ən yüksək məhkəməsi Asiya Bibiyə bəraət hökmü çıxarsa da, Pakistanın dini liderlərinin gözündə o gunahkardır. Çəhşənbə günü İslamabaddakı məhkəmə binası polis tərəfindən mühasirəyə alınmışdı. Bibinin vəkili onun ölkəni təhlükəsiz şəkildə tərk etmək istədiyini deyib. Asiya Bibinin vəkili Seyfuül Müllük: “Məhkəmənin ona bəraət qazandırmasına baxmayaraq, dindarların onu öldürəcəklərinə söz verdiklərinə görə, Asiya Bibi ölkəni tərk etməlidir.Mənə gəldikdə isə, mən burada sizinlə öləcəyəm.”
Ali Məhkəmənin keçən ilin oktyabrında çıxardığı hökmə qarşı ekstremist İslam partiyası zorakı nümayişlər təşkil edərək, Bibinin və onun vəkilinin ölümünü tələb edib. Azad edildikdən sonra Bibi gizli bir yerdə saxlanır.
Bibiyə qarşı ittiham 2009-cu ildə, iş yoldaşı ilə mübahisəsindən sonra irəli sürülüb. O vaxt iş yoldaşı bu xristian qadının Məhəmməd Peyğəmbər haqda nalayiq sözlər deməsindən şikayətlənmişdi. Bu hadisədən təxminən bir il sonra Bibi həbs edilmiş və ona qarşı ölüm hökmü çıxarılmışdı.
Keçən ilin oktyabr ayında Ali Məhkəmə şahidlərin ifadələrinin ziddiyyətli olduğunu deyərək, Bibiyə qarşı irəli sürülən ittihamı əsassız hesab etdi. İslamçı partiyanın qərarın yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciətinə baxmayaraq, məhkəmə qərarını dəyişmədi. “Ali Məhkəmə konstitusiyaya və qanuna, habelə daha əvvəlki hökmə uyğun olaraq petisiyanı nəzərdən keçirməyi rədd edib. Möhtərəm baş hakim hökmün emosiyalara əsasən çıxarılmadığından əmin oldu. O, and içərək yalan ifadə verənləri məhkəməyə verə bilərdi" - deyə, Seyfuül Müllük bildirir.
Vəkil isə bunun məhkəməlik iş olmadığını deyir. İslamçıların vəkili Çandri Qulam Mustafa: "Asiya Bibi şübhələrə əsaslanaraq azad edilib. Nə yalançı şahidlər, nə yalançı ərizəlçilər, nə də saxta hekayələr əsasında. O, şübhədən imtiyazlandı. Bizim cinayət qanununda buna imkan yaradılır. Bundan istifadə oluna bilər.”
Ali Məhkəmənin qərarı Bibi, onun həyat yoldaşı və beş uşağına lobbiçilik edən qərb ölkələrindəki insan haqları qrupları tərəfindən alqışlanıb.