Asim Mollazadə: Azərbaycana qarşı informasiya müharibəsi aparırlar
Söhbət ondan gedir ki, keçmiş SSRİ ölkələrinin hamısında insan haqlarının vəziyyətində ciddi dəyişiklikərə, müzakirələrə ehtiyac var. Lakin Azərbaycan hədəfə götürülüb. Hədəfin əsas səbəbi də bu cür təzyiqlərin arxasında məhz Azərbaycan torpaqlarını işğal etmiş qüvvələr durur, Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələr durur. Öz cinayətlərini ört-basdır etmək üçün məhz bu müzakirə mövzusunda Azərbaycan var. Bu, infomasiya müharibəsidir Azərbaycana qarşı. Biz dəqiq bilirik ki, tək səngərdə bizə hücum etmirlər. Bütün dünyada çox zəngin, varlı erməni diasporası mövcud siyasi korrupsiyadan istifadə edərək Azərbaycana müvafiq təzyiqlər, zərbələr endirməyə çalışır. Təbii ki, Azərbaycanda isalahatlara ehtiyac var. Azərbaycan mütləq çoxşaxəli islahatlar həyata keçirməlidir - həmçinin hüquq və məhkəmə sistemində də. Lakin bu əsassız və məqsədli hücumların arxasında ölkəmizin işğalından söhbət gedir və Qarabağı Azərbaycandan ayırmaq məqsədi daşıyır," deyə millət vəkili Asim Mollazadə Amerikanın Səsinə şərhində AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini dəyərləndirib.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib