Bu gün Bakıda Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçirilir.
Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və Demokratiya bölməsinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvləri iştirak edir.
Proqram çərçivəsində iştirakçılar üçün Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarət və axşam konserti təşkil olunacaq.