Arzu Qeybulla: Azərbaycanda tənqidçilərə qarşı troll hücumlarının artdığını görürük
Facebook sosial media şirkəti qlobal səviyyədə ictimai fikrə təsir göstərmək məqsədilə saxta hesablardan istifadə edilməsi məsələsinə kifayət qədər diqqət göstərmədiynə görə tənqidlərlə qarşılaşıb. Qərb mətbuatında şirkətin keçmiş işçisinin Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə hökumətlər tərəfindən müxalifət və tənqidçilərin təqib edilməsi məqsədilə saxta hesablardan istifadə edilməsi haqda yazısı dərc edilib. Burada qeyd edilir ki, Azərbaycanda hakim partiya müxalifəti təqib etmək məqsədilə minlərlə saxta hesablardan istifadə edib. Müstəqil jurnalist Arzu Qeybulla Amerikanın Səsinə müsahibəsində sosial mediada saxta profillər, troll hücumları və bundan müdafiə olunmaq üçün atılmalı olan addımlardan danışıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi