7.4 bal gücündə zəlzələ Meksika körfəzinin sahil Akapulko şəhərini silkələyib. Prezident Felip Kalderon ciddi dağıntı barədə məlumatın verilmədiyini bildirib.
ABŞ Geoloji Araşdırmalar təşkilatının rəsmiləri dünən baş vermiş zəlzələnin episentrinin Meiksikanın cənub-qərbi Guerrero vilayətində olduğunu bildirib. Zəlzələ Mexiko şəhərində binaları silkələyib və vahiməyə düşmüş əhalini paytaxtın küçələrinə qaçmağa vadar edib. Lakin şəhərin meri Marselo Ebrard vertolyotla müşahidə zamanı heç bir ciddi dağıntının gözə çarpmadığını deyib. Rəsmilər Mexiko şəhərindəki ən hündür göydələnin zəlzələyə davamlı tikildiyini və dünənki zəlzələyə tab gətirdiyini deyib.