Accessibility links

4 iyul Amerika Birləşmiş Ştatlarının Müstəqillik günüdür


Bu gün 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqilliyini elan etməsi münasibətilə qeyd edilir

Birləşmiş Ştatlarda bütün amerikalılar ölkənin müstəqilliyinin 234 illiyini qeyd etmək üçün bayram tədbirlərinə qatılır. 4 İyul Müstəqillik Günü bayramı 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqilliyini elan etməsi münasibətilə qeyd edilir. Paytaxt Vaşinqtonda minlərlə insan Milli parkda təşkil olunacaq bayram tədbirlərinə qatılacaq. İlk prezident Corc Vaşinqtonun ev muzeyi olan Mount Vernondan bir neçə kilometr aralıda isə ABŞ vətəndaşlığını qəbul edən 100 nəfərin yeni pasportlarının təqdim etmə və and içmə mərasimi keçiriləcək. Bu gün axşam saatlarında Vaşinqtonda atəşfişanlıq olacağı gözlənilir.

XS
SM
MD
LG