Polşanın İkinci Dünya Müharibəsi vaxtı yoxa çıxan 19-cü əsr rəssamı Aleksandr Qerimskinin əsəri Polşaya qaytarılıb. "Portağal satan yəhudi qadın" əsəri Varşavanın Milli Müzeyindən müharibənin son ayları yoxa çıxmışdı. Yağlı boya ilə işlənən əsər keçən noyabr ayında Almaniyada hərraca çıxarılmışdı. Lakin daha sonra Polşanın Mədəniyyət Nazirliyinin tələbi ilə satışdan götürülmüşdü. Aleksandr Qerimski Polşanın qabaqcıl impressionist rəssamı olub. O, 1901-ci ildə 51 yaşında vəfat edib.