Accessibility links

11 sentyabr terrorunu törətmiş beş nəfərin taleyilə bağlı qərar çıxarılacaq


2001-ci il sentyabr ayının 11-ində ABŞ-da terror hadisəsini hazırlamaqda və həyata keçirməyə kömək etməkdə ittiham olunan beş nəfər Kubada, Quantanamo Bayda bir daha məhkəmə qarşısına çıxarılıblar. Onlar edam edilmə ilə nəticələnəcək ittihamlarla üzləşirlər.

Özünü hücum planını hazırlayan şəxs kimi qələmə verən Xalid Şeyx Məhəmməd və başqa dörd nəfərin taleilə bağlı bu gün Kubada, ABŞ hərbi bazasında məhkəmənin qərarı oxunacaq.

Terorda ittiham edilən beş nəfər bir neçə ildir ki, Quantanamo Bayda yerləşən ABŞ hərbi həbsxanasında saxlanılır. Onlar Nyu York, Vaşinqton şəhərləri və Pensilvaninin Şanksvil şəhərində 3000-nə yaxın insanı qətlə yetirməkdə ittiham olunurlar.

Terror hadisəsinin qurbanlarının ailə üzvlərindən bir neçə nəfər dinləmələrdə iştirak etmək üçün Kubaya səfər edib.

XS
SM
MD
LG