Accessibility links

Yunanıstan Türkiyə ilə sərhədlərinə sədd çəkir


Yunanıstan Türkiyə ilə sərhədlərinə sədd çəkir
Yunanıstan Türkiyə ilə sərhədlərinə sədd çəkir

Yunanıstan hökuməti Türkiyə ilə sərhədlərinə sədd çəkiləcəyini bəyan edib. 206 mertlik Maritsa çayı boyu sahə Yunanıtanın Türkiyə ilə sərhəd bölgəsidir. Avropa İttifaqının təxminlərinə görə, gündə 245 adam bu çayı keçərək, Avropaya daxil olmağa cəhd edir. Yunan hökuməti sərhəd bölgəsinin 13 km-lik məsafəsinin hasarlanacağını bildirib. Lakin plan Avropa İttifaqının narazılığı ilə qarşılanıb. Avropa İttifaqının sərhəd agentliyi Fronteks noyabr ayında qeyri-qanuni mühacirətə mane olmaq üçün Yunanıstan sərhədlərinə 175 keşikçi yerləşdirib. Miqrantların əksəriyyəti Əfqanıstan, İran, hətta Birma kimi ölkələrdən minlərlə km-lik yolu qət edib, Avropada sığınacaq istəyənlərdir. Oktyabr ayında Amerikanın səsinə müsahibəsi zamanı Vacid Şərifi adlı şəxs Yunanıstana qədər minlərlə km-lik yolu 4 ilə qət etdiyini demişdi

Bu olduqca çətin səfərdir. Xüsusilə, İranla Yunanıstan arasındakı yol. Yolda yağış, qara yaxalanırsan. Gecələr dağlardan aşmalısan. Çətini türk-yunan sərhədidir ki, burada çayı keçməlisən.

Yunanıstan çoxsaylı miqrasiyanın öhdəsindən gələ bilmir. BMT-nin qaçqınlar üzrə agentliyi vəziyyəti humanitar böhran kimi qiymətləndirir.Türkiyə isə Yunanıstanın sərhəd planı barədə əlavə məlumata ehtiyac olduğunu bildirir. Bir türk rəsmisi hasar kimi fiziki maneələri aşmağın çətin olmadığını deyib.

XS
SM
MD
LG