BMT-nin UNESCO təşkilatının bildirdiyinə görə, silahlı münaqişələr 28 milyon uşağın təhsil almasına mane olub. Bu uşaqların çoxu zorlamalaq, seksual təcavüz və məktəblərə qarşı hücumların qurbanıdır. 28 milyon uşağın məktəbyaşlı yarısı savadsızdır. UNESCO-nun bü gün açıqladığı hesabatında deyilir ki, təhsilin əsas 6 şərtinə dair 160 ölkənin imzaladığı razılığın şərtlərinə xüsusilə münaqişələr yaşanan bölgələrdə əməl edilmir. UNESCO-nun hesabatı 4 Nobel Sül mükafatı laureatı- Kosta Rikadan Oskar Arias Sançes, İrandan Şirin İbadi, Timordan Hose Ramos-Horta və Cənubi Afrika Respublikasından Desmond Tutu tərəfindən dəstəklənib.