Bu gün Rusiyanın paytaxtı Moskvanın Federal Təhlükəsizlik Xidməti yaxınlığında iki bomba partlayışı olub. Ciddi dağıntı və ya təlafat qeydə alınmayıb. Rusiya mətbuatı polisə istinadən bildirir ki, iki partlayıcı qurğunun biri qaraj damına və digəri isə metal zibil konteynerinə yerləşdirilib. Partlayışlar yaxınlıqdakı binaların pəncərələrini sındırıb. Polis qurğularda 150 qram TNT olduğunu bildirib. Hadisələrlə bağlı istintaq aparılır.