Accessibility links

Pentaqonun büdcəsindən 78 milyard dollar ixtisar olunacaq


Pentaqonun büdcəsindən 78 milyard dollar ixtisar olunacaq
Pentaqonun büdcəsindən 78 milyard dollar ixtisar olunacaq

ABŞ müdafiə naziri Robert Geyts qarşıdakı 5 il ərzində Pentaqonun büdcəsindən 78 milyard dollar ixtisar olunacağını açıqlayıb. Ümumilikdə isə hərbi xidmətlərdə 100 milyard dollarlıq qənaətə ehtiyac var. Müdafiə Nazirliyinin büdcə ixtisarı planı az əhəmiyyətli, lazımsız və ya vaxtı keçmiş layihələri ixtisar edib, qənaət edilən bu vəsaiti başqa proqramlara xərcləyərək Pentaqonun effektivliyini artırmağı nəzərdə tutur. Geyts jurnalistlərə deyib ki, dəyişikliklər israfçı və ehtiyac olmayan xərcləri azaltsa da, bu plan Konqresdə maneələrlə üzləşə bilər. Belə ki, bəzən Konqres üzvləri təmsil etdikləri regionların gəlirlərini ixtisar edən qanun layihələrinə könülsüz yanaşırlar.

XS
SM
MD
LG