Bu gün Londonda Britaniya hökumətinin xidmətlər və məsrəflərin ixtisarı planına etiraz olaraq on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib.Nümayişin təşkilatçıları ixtisar planının Britaniyanın reputasiyası və iqtisadi dirçəliş prosesinə mənfi təsir edəcəyini deyirlər. Həmkarlar Birliyi Konqresinin bidlirdiyinə görə, aksiyalara100 mindən artıq insan cəlb ediləcək.Nümayişlərin dinc keçiriləcəyi deyilsə də, polislə nümayişçilər arasında qarşıdurma olduğu bildirilir. 4500-dən artıq polis işçisi şəhərə yerləşdirilib.