BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı dekabr ayında ərzaq qiymətlərinin rekord səviyyəyə yüksəldiyini bildirir.Təşkilatın bu gün açıqladığı hesabatında taxıl, qarğıdalı və digər dənli bitkilərin qiymətinin artdığı deyilir. Qurum qiymətlərin qeyri-sabit olduğunu və daha da artacağını təxmin edir. Agentlik bu il dünya boyu ərzaq idxalı xərclərinin 11 faiz, inkişaf etməkdə olan ölkələr üçün isə 20 faiz yüksələcəyini bildirir.