Dalay Lama gələn il Tibetin mühacirətdə olan icmasına siyasi rəhbərlikdən gedəcəyini bildirib. Dalay Lamanın baş müşaviri ruhani liderin planını təsdiq edib. Bu yaxınlarda Dalay Lama Hindistan tele-kanalı ilə canlı yayımda bu barədə bəyanat vermişdi. Buddist lider öz məramlarını mühacirətdə olan Tibet parlamenti ilə müzakirə etmək istədiyini deyir. Parlament gələn ilin mart aynda toplanacaq.