Accessibility links

Bill Riçardson:Pxenyana beşgünlük səfəri Şimali Koreya ilə altıtərəfli danışıqların bərpasına yol açacaq

Sabiq ABŞ diplomatı Bill Riçardson deyir ki, Şimali koreyalılar dünya ictimaiyyətinin iradəsinə qarşı çıxdıqlarını başa düşdüyü üçün ötən həftədən başlayaraq düzgün istiqamətdə addımlar atırlar.Pekinə qayıdan Riçardson ümid etdiyini bildirib ki, onun Pxenyana beşgünlük səfəri Şimali Koreya ilə altıtərəfli danışıqların bərpasına yol açacaq. Riçardson rəsmi Pxenyanın BMT nüvə müfəttişlərinin ölkəyə qayıtmasını təklif etdiyini deyib.O,12 min pluton yanacaq naqillərinin satılmasını təklif edib ki, bu naqillərdən atom bombasının istehsalı üçün istifadə etmək olar.Riçardson deyib ki, o, şimalın düzgün istiqamətdə irəliləmək istədiyini hiss edir. Lakin ABŞ və Cənubi Koreya hökumətləri Pxenyanın məramlarına skeptik yanaşdıqlarını bildirirlər.Dövlət Departamentinin sözçüsü P.J. Krouli bildirib ki, Şimali Koreya illərdən bəri verdiyi vədlərə əməl etmir. Ona görə də ABŞ kommunist dövlətinin sözlərinə yox, əməllərinə diqqət yetirəcək.

XS
SM
MD
LG