Accessibility links

Barak Obama bir daha Konqresə müraciət edib


Barak Obama bir daha Konqresə müraciət edib
Barak Obama bir daha Konqresə müraciət edib

ABŞ prezidenti Barak Obama son iki ildə işsizlik səviyyəsinin endiyini, yeni iş yerlərinin açıldığını bildrərək, Konqresə bu iqtisadi dirçəlişə yardım göstərməsi üçün müraciət edib. Həftəlik radio müraciəti zamanı dövlət başçısı bildirib ki, vergi ixtisarları barədə razılıq əldə edən hər iki partiya federal büdcənin təsdiqində də həmrəy olmalıdır. Prezident administrasiyası ilə respublikaçıların ortaq zəmin tapmalarının yolunun masa arxasına keçib, fikir ayrılıqları üzərində işləməkdə gördüyünü bildirib. Cənab Obama deyib ki, respublikaçılar və demokratlar bir araya gəlib yeni iş yerlərinin açılması tendensiyasını davam etdirməli, amerikalıların dünyada ən hazırlıqlı vətəndaşlar olmalarını təmin etməlidirlər.

Respublikaçıların həftəlik müraciəti zamanı Tennessi ştatından konqres nümayəndəsi Dian Blak deyib ki, Obama ölkənin imkanları daxilində yaşadığını desə də, onun təklif etdiyi büdcədə hökumətin məsrəfləri nəzarətdən kənardır.

XS
SM
MD
LG