Avstraliyada sellər nəticəsində ölənlərin sayının artacağı təxmin edilir. Bu gün Quinsland ştatının qubernatoru Anna Bling müxbirlərə bildirib ki, təbii fəlakət əksəriyyəti uşaq olmaqla, 8 adamın ölümünə səbəb olub. O, 66 adamın itkin düşdüyünü deyib. Toovomba şəhərini sel xəbərdarlıqsız basıb. Sakinlər evlərin damlarına çıxıb. Sel maşınları yerindən oynadaraq, sulara qərq edib. İnsanlar evakuasiya edilir. 6500 evin gələn bir necə gün ərzində su altında qalacağı gözlənilir.