Accessibility links

2011-ci ilin federal büdcəsi ilə bağlı kompromis əldə ediləcəyinə ümid var


2011-ci ilin federal büdcəsi ilə bağlı kompromis əldə ediləcəyinə ümid var
2011-ci ilin federal büdcəsi ilə bağlı kompromis əldə ediləcəyinə ümid var

ABŞ Nümayəndələr Palatasının spikeri Con Beyner 2011-ci ilin federal büdcəsi ilə bağlı kompromis əldə ediləcəyinə ümid bəsləyir. Bu gün “Goog Morning America” televiziya proqramında çıxış edən spiker deyib ki, Nümayəndələr Palatasının üzvləri hökumətin bağlanmasına yol verməmək üçün mübarizə aparır. Dünən axşam ABŞ prezidenti Barak Obama Con Beyner və Senatın əksəriyyət lideri Harri Ridlə görüşüb. Görüşdən sonra prezident deyib ki, demokratlar və respublikaçılar fikir ayrılıqlarını azaltsalar da, ortaq zəmin əldə edə bilməyiblər. Harri Rid görüşün onda nikbinlik yaratmadığını deyib. Sabaha qədər razılıq əldə edilməsə, 800 min federal işçi məcburi məzuniyyətə göndəriləcək. Ordunun maaşları müvəqqəti dayandırılacaq, müzeylər və milli parklar bağlanacaq, Vaşintonda təşkil ediləcək Albalı paradı təxirə salınacaq və Konqresin maliyyələşdirdiyi fəaliyyətlərə ara veriləcək.Büdcə müzakirələri bü gün axşam Ağ Evdə davam etdiriləcək.

XS
SM
MD
LG