Accessibility links

Arsenal özünü Mesut Özilin Çin və uyğurlala bağlı şərhlərindən uzaqlaşdırıb


Mesut Özil
Mesut Özil

İngilətərənin futbol komandası Arsenal şənbə günü özünü yarımmüdafiəçisi Mesut Özilin Twitter və Instagram səhifələrində Çinin müsəlman uyğur əhalisinə qarşı siyasətini tənqid edən mesajlarından uzaqlaşdırıb.

"Özilin ifadələri tamamilə özünün şəxsi fikirləridir” Arsenal Futbol Klubu Çinin Twitter-ə bənzər Weibo platformasındakı səhifəsində yerləşdirdiyi paylaşımda bildirib. Arsenal futbol klubu olaraq siyasətə qarışmamaq prinsipinə əməl edir”.

Özil səhifəsində uyğurları “təqiblərə müqavimət göstərən döyüşçülər” adlandırıb və Çinin təqiblərini və müsəlmanların buna susmasını tənqid edib.

"Quranlar yandırılır, məscidlər bağlanıb, dini İslam məktəbləri, mədrəsələr qadağan olunub, din alimləri bir-bir öldürülüb. Bunların hamısına baxmayaraq müsəlmanlar səssiz qalmağa davam edir”, Mesut Özil yazıb.

Klubun Twitter hesabında isə şənbə Özilin şərhi ilə bağlı heç nə paylaşılmayıb.

Lakin Arsenalın Weibo-dakı paylaşımına qəzəbli reaksiyalar verilib. Paylaşımların birində Özilin parçalanmış futbol forması və yanında qayçı şəkli yer alıb. Digərləri isə onun klubdan çıxarılmasını tələb edib. Weibo tez-tez həssas mövzuların müzakirəsinə senzura tətbiq edir.

Birləşmiş Millətlər Təşkilatı və insan haqları qrupları təxmin edir ki, Sincanda Pekinin anti-terror adlandırdığı kampaniya çərçivəsində 1 ilə 2 milyon arasında insan, xüsusilə də uyğur müsəlmanlar həbs olunub.

Çin uyğurlara qarşı hər hansı pis rəftarı dəfələrlə inkar edib.

XS
SM
MD
LG