Accessibility links

Paşinyan Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu deyib


Ermənistan baş naziri Nikol Paşinyan
Ermənistan baş naziri Nikol Paşinyan

Yerevan ikitərəfli münasibətlərin gərginləşdiyi və özünü Moskvadan uzaqlaşdırmağa davam etdiyi bir vaxtda, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurduğunu bildirib.

Paşinyan fevralın 22-də France 24 telekanalına müsahibəsində bu addımın Moskvanın bir neçə ay əvvəl Ermənistan vətəndaşlarını açıq şəkildə onun hökumətini devirməyə çağırmağa başlamasından sonra atıldığını və ona qarşı təbliğat selinin "heç vaxt dayanmadığı" deyib.

Paşinyan hökuməti uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın üzləşdiyi "təhlükəsizliklə bağlı çətinliklərinə cavab vermədiyinə" görə tənqid edir.

Ermənistan hakimiyyəti 2020-ci ildə Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlılarını Azərbaycanın ötən ilin sentyabr ayında 30 il ərzində etnik ermənilərin nəzarəti altında olan regiona Bakının nəzarəti bərpa etməsi ilə başa çatan hərbi əməliyyatının qarşısını almamaqda ittiham edib.

Moskva ittihamları rədd edərək, qoşunlarının müdaxilə etmək mandatı olmadığını iddia edərək, Paşinyanı Azərbaycanın suverenliyini tanımaqla regiondakı separatçı hakimiyyətin süqutuna yol açmaqda ittiham edib.

Bununla belə, Paşinyan noyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçiriləcək sammitində iştirak etməkdən imtina edib və televiziya ilə yayımlanan sual-cavabda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da daxil olduğu qruplaşmada qalmağa davam etməsi ilə bağlı istənilən qərarın Ermənistanın "öz dövlət maraqlarına" əsaslanacağını deyib.

Rusiyanın Ermənistanın şimal-qərbindəki Gümrü şəhərindəki hərbi bazasının bağlanmasının mümkün olub-olmadığı ilə bağlı sualın cavabında Paşinyan deyib ki, "bu məsələ hazırda gündəmdə deyil".

Forum

XS
SM
MD
LG