Accessibility links

Ermənistanda siyasi böhran dərinləşir


Ermənistanda siyasi böhran bu gün daha da dərinləşib. Belə ki, müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə təyin edilməsi təklifi qanunvericilər tərəfindən rədd edildikdən sonra tərəfdarları onun itaətsizlik çağırışına qoşulub.

Paşinyanın baş nazir təyin edilməməsinə həmrəylik nümayiş etdirmək məqdəsilə bu gün əsas nəqliyyat şəbəkələri bağlanıb.

Parlament Paşinyana 45 lehinə, 55 əleyhinə səs verib. Ölkənin aparıcı “Respublika Partiyası” bugünkü fövqəladə sessiyada davam edən müzakirələrdən sonra Paşinyanın namizədliyinı rədd edib.

Səsvermədən sonra keçirilən yürüşdə Paşinyan onun baş nazir təyin edilməsini tələb edən tərəfdarlarına geri çəkilməyəcəyini deyib.

Respublikaçı partiya keçən həftə bildirib ki, partiyanı təmsil edən qanunvericilər Paşinyan baş nazir vəzifəsinə yeganə namizəd olduğu halda da səslərini ona verməyəcək.

Ermənistan konstitusiyasına əsasən, parlament baş nazir vəifəsinə namizədi təsdiq etmədikdə, ikinci səsvermə keçirilməlidir. Növbəti səsvermə mayın 8-ə təyin edilib.

XS
SM
MD
LG