Accessibility links

“Arif Yunus müayinə olunub, ciddi patologiya aşkarlanmayıb”


Arif Yunus
Arif Yunus

Arif Yunus bir neçə gün öncə hərtərəfli müayinə məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb. Tələb olunan bütün müayinələrdən keçirilib və ciddi patologiya aşkarlanmayıb. Bu barədə Ədliyyə Nazirliyinin tibb baş idarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Arif Yunusun azadlıqda olarkən düçar olduğu arterial təzyiqin hipertoniyası ilə əlaqədar mütəxəssislər tərəfindən ona tövsiyələr verilib.

Arif Yunus avqustun 19-da yenidən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına qaytarılıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqustunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8,5 il, Arif Yunus 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı Leyla və Arif Yunsuların səhhətində dəfərlərlə problemlər yaranıb. Arif Yunus məhkəmənin gedişində bir neçə dəfə huşunu itirib və daim həkim nəzarətində olub. Leyla Yunus isə həbsdən əvvəlki çəkisinin 15 kiloqramdan çoxunu itirib. Məhkəmə zamanı onun xəstə və ağrılardan əziyyət çəkən durumu hamını heyrətləndirib.

XS
SM
MD
LG