Azərbaycanın yerli mediası son zamanlar iqtidarı tənqidləri ilə tanınan diplomat Arif Məmmədovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Biriliyində səfiri vəzifəsindən geri çağırılması və İslam Əməkdaşlıq Təşkialtının diplomatı statusundan məhrum edilməsi barədə məlumat yayıb.
Arif Məmmədov azadliq.info saytına bildirib ki, o özü istefa ərizəsi verərək bu postdan gedib və səfiri olduğu beynəlxalq təşkilat da onun ərizəsini nəzərə alıb.
“Artıq heç kəsə sirr deyil ki, mən peşəkar siyasətə gələrək, ölkəmin və xalqımın problemləri ilə məşğul olacağımla bağlı bəyanat vermişəm. Bu bəyanat bütün ölkə ictimaiyyətinə, eləcə də Avropanın siyasi çevrələrinə bəllidir. Hər kəs anlayışlı qarşılayar ki, mənim siyasətçi olaraq konkret bir beynəlxalq təşkilatın səfiri vəzifəsilə özümü məhbdudlaşdırmağım doğru alınmazdı. Hesab edirım ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim”, Arif Məmmədov qeyd edib.
A. Məmmədov 2013-cü ildə İslam Əməkdsaşlıq Təşkilatının Avropa Birliyində nümayəndəsi idi. Bundan öncə isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri olub.
Arif Məmmədov bu ilin mayında Bakıda çoxmərtəbəli yaşayış binaslında insanların ölümü ilə nəticələnən yanğından sonra hökuməti sərt tənqid edib. Bundan sonra, Azərbaycan hökuməti onun tənqidi statusunu “like” edən bir neçə diplomatı vəzifəsindən kənarlaşdırıb.