Accessibility links

Arif Kəskin İran Azərbaycanında siyasi təşkilatlanma problemindən danışır [Audio]


Arif Kəskin
Arif Kəskin
Amerikanın Səsi ilə müsahibədə Türkiyədə yaşayan güneyli ekspert İranda azərbaycanlı milli fəallarının təşkilatlanmalarında üzləşilən problemlər haqda danışıb. Arif Kəskinin sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatına mənsub bir çox təşkilatın mövcud olmasına baxmayaraq, hazırda milli qüvvələri səfərbər edəcək güc mərkəzi yoxdur.

Arif Kəskin təşkilatlanma problemindən danışır
please wait

No media source currently available

0:00 0:17:30 0:00

Türkiyədə strateji araşdırma mərkəzlərində Orta Şərq və İran üzrə ekspert kimi çalışan cənab Kəskin İranda Azərbaycan milli hərəkatının tarixi köklərinin 100 il öncəyə qayıtdığını bildirərək, Məşrutə və Xiyabani hərəkatları, Azərbaycan Milli Höküməti və Müsəlman Xalq hərəkatının adlarını sadalayır və bu keçmişi Azərbaycanda təşkilatlanma və muvəffəq təşkilatlar qurma potensialının mövcüd olmasına sübut kimi qiymətləndirir

Arif Kəskin deyir ki, İranda Azərbaycan hərəkatının daxilindəki problemlərlə yanaşı İslamçı rejimin siyasətləri və müasir tendensiyalar - o cümlədən post-modern və neo-liberal dalğaların genişlənməsi təşkilatlanmağı çətinləşdirməkdə böyük rol oynayıblar.
Bu ideoloji böhranlar nəticəsində insanların üstün dəyərlərə meylləri qalmır. Heç bir şeyə inana bilmir, hər şeyə tələ kimi baxırlar və kimsənin səmimiyyətinə inanmırlar. İnsan özündən üstün bir dəyər görməsə təşkilatlanma böhrani da gündəmə gələr.

Güneyli ekspert təşkilatlanma qarşısında olan əngəllərin kökünü İran İslam Respublikasının totalitar quruluşunda görür. Onun dediklərinə əsasən, İran rejimi doğru və yanlış eləcə də halal və haram anlayışlarını davamlı olaraq öz maraqlarına uyğun olaraq dəyişir və bu məsələ cəmiyyətdə həm əxlaqi və həm də dini mənada böhranların yaranmasına səbəb olub: “Bu ideoloji böhranlar nəticəsində insanların üstün dəyərlərə meylləri qalmır. Heç bir şeyə inana bilmir, hər şeyə tələ kimi baxırlar və kimsənin səmimiyyətinə inanmırlar. İnsan özündən üstün bir dəyər görməsə təşkilatlanma böhrani da gündəmə gələr.”

“PKK tərəfindən qurulub və dəstəklənən PJAK təşkilatı xaric, hazırda İranda fəaliyət edən bütün təşkilatlar 1979 İslam İnqilabından öncə yaranıblar”- deyə Arif Kəskin bildirib. O, inqilabdan öncə yaranmış Azərbaycan təşkilatlarının bu gün ortada olmadıqlarını isə belə şərh edir: “Kökləri öncələrə dayansa da, bugünkü düşüncə 1979-dan sonra formalaşıb. Məşrutə hərəkatından gələn xətt 1946-da, Azərbaycan Milli Hökümətinin yıxılması ilə bitdi. Demokrat Firqəsi isə İran Tudə Partiyası içində həll olaraq Azərbaycan təşkilatı olmaqdan çıxdı.”
XS
SM
MD
LG