Accessibility links

Arif Hacılı: Müsavat Partiyasının seçkilərdən imtinası istisna deyil [Video]


Arif Hacılı: Azərbaycan hakimiyyətinin tutduğu indiki yol münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq
please wait

No media source currently available

0:00 0:05:38 0:00

Arif Hacılı: Azərbaycan hakimiyyətinin tutduğu yol münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq

Müsavat Partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Avropa Parlamentinin Azərbaycan barədə qətnaməsi, parlament seçkiləri öncəsi durum, Müsavat Partiyasının seçkilərdə iştirakının səbəbləri və sonrakı mərhələdə seçkidə iştirakdan imtina ehtimalından danışıb.

Amerikanın Səsi: Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini müzakirə edir. Azərbaycan iqtidarının bu reaksiyası Avropa İttifaqı - Azərbaycan münasibətlərinə hansı yeniliklər gətirə bilər?

Arif Hacılı: Azərbaycan hakimiyyətinin bu günə kimi apardığı siyasət bütövlükdə Azərbaycanın təcrid olunmasına gətirib çıxarıb.

Azərbaycanın yalnız daxili siyasəti yox, xarici siyasəti iflasa uğrayıb.

Təəssüf ki, Azərbaycan hakimiyyəti yaranmış vəziyyətdən nəticə çıxararaq vəziyyəti yaxşılaşdırmaq əvəzinə, yalnız münasibətləri daha da korlamaq, pisləşdirmək xətti götürüb.

Azərbaycan hakimiyyəti qeyd olunan nöqsanları aradan qaldırmalıdır. Hakimiyyətə təklif edilən tövsiyələr yerinə yetirilməlidir.

Azərbaycan hakimiyyəti başa düşməlidir ki, Lukaşenko (Belarusun prezidenti-red) cəmi 6 siyasi məhbusu azadlığa buraxaraq Belarus ərazisində insan haqları, siyasi məhbus mövzusunu birdəfəlik həll edirsə, Azərbaycan hakimiyyəti 100-dək siyasi məhbusu həbsxanada saxlayaraq, ölkədə demokratik islahatlar aparmayaraq dünya birliyi ilə yaxşı münasibətdə ola bilməz. Bu cür davranış hökmən beynəlxalq birliyin, qurumların təpkiləri ilə nəticələnməli idi.

Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin tutduğu indiki yol münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq.

Amerikanın Səsi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda parlament seçkilərini müşahidədən imtina etdi. Bu imtina Azərbaycanda keçirilən seçkilərin legitimliyi ilə bağlı suallar yarada bilərmi?

Arif Hacılı: Azərbaycanda onsuz da son dövrlərdə keçirilən seçkilərin hər hansı legitimliyi olmayıb. 2013-cü ildə keçirilən prezident seçkiləri, ondan sonra keçirilən bələdiyyə seçkiləri də legitim seçkilər deyil.

Azərbaycanda faktiki olaraq, seçki adına bir əməliyyat həyata keçirilir.

Azərbaycanda faktiki olaraq, seçki adına bir əməliyyat həyata keçirilir.

ATƏT-in müşahidə missiyasından imtina etməsi isə ikitərəfli bir hadisədir.

Bilirsiniz ki, Azərbaycan hakimiyyəti ATƏT-in 380 müşahidəçi göndərməsi ilə əlaqədar problem yaratdı. Azərbaycan hakimiyyəti 1000-lərlə adamın azərkeş kimi Avropa Oyunlarına gəlib iştirak etməsinin bütün xərclərini öz üzərinə götürmüşdü.

Ancaq, Azərbaycana öz maliyyə hesabına gələn 380 müşahidəçini burada yerləşdirə bilməyəcəyini, yalnız 125 müşahidəçini yerləşdirə biləcəyini bəyan etdi. Buna görə də mən ATƏT-in belə bir qərar qəbul etməsini təbii qarşılayıram.

Amerikanın Səsi: Hazırda parlament seçkilərində namizədlərin qeydə alınması üçün imzatoplama mərhələsidir. Sizin seçkilərdə iştirak edən partiyanın başqanı kimi seçkilərin demokratik, azad və ədalətli keçirləcəyi ilə bağlı ümidləriniz necədir?

Arif Hacılı: Bu günki Azərbaycan hakimiyyəti dövründə azad və ədalətli seçkilərin keçirilməsinə ümid bəsləmək sadəlövhlük olardı.

Çünki hazırda Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait mövcud deyil. Demokratik seçkilərin keçirilməsi üçün müvafiq demokratik qanunvericilik bazası yoxdur. Ölkədə bərabərhüquqlu rəqabət şəraiti yoxdur.

Bütün seçki komissiyaları hakimiyyətin nəzarəti altındadır. Təbii ki, belə olan halda azad və ədalətli seçkilərin keçirilməsinə inanmaq sadəlövhlük olardı. Biz bu prosesdə iştirak edərək mesajlarımızı Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirik. Biz bu prosesdə iştirak etməklə Azərbaycan cəmiyyətini fəallaşdırmaq və ölkədə baş verən seçki saxtakarlığının miqyası ilə həm Azərbaycan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti tanış etmək niyyətindəyik. Seçki prosesinin gedişində seçkilərdə iştirak etmə məsələsinə yəqin k,i bir neçə mərhələdə yenidən baxacağıq.

Amerikanın Səsi: İndiki dövrdə vəziyyətdən çıxışı nədə görürsünüz?

Arif Hacılı: Bilirsiz, hal-hazırda Azərbaycanda xoşagəlməz vəziyyət yaranıb. Bütün əlamətlər də göstərir ki, indi durum olduğundan da daha da pisləşəcək. Çünki iqtisadi böhranın episentri hələ irəlidədir. Neftin qiymətinin düşməsinin nəticələri hələ irəlidə daha çox büruzə verəcək. Manatın dəyəri bir qədər də aşağı düşəcək.

Avropa İttfaqı kimi ciddi bir qrumun Azərbaycan hakimiyyəti haqqında birmənalı bu cür mövqe tutması da eyni zamanda siyasi vəziyyətin gərginləşəcəyini göstərir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bundan nəticə çıxarmalıdır.

Azərbaycan cəmiyyəti sakitcə oturub bu proseslərin nə ilə nəticələnəcəyini gözləməməlidir.

Biz Musavat Partiyası olaraq, seçki kampaniyasının da verdiyi minumum imkanlardan istifadə edərək Azərbaycan cəmiyyətini fəallaşdırmağa və Azərbaycan cəmiyyətinin müqavimət gücünü artırmağa çalışacayıq.

Amerikanın Səsi: Müsavat Partiyası seçkilərdən imtina edə bilərmi?

Arif Hacılı: Bu istisna deyil. Seçkilərdə iştirak barədə qərar qəbul edərkən də bildirmişik ki, 3 mərhələdə, - namizədlər qeydə alındıqdan sonra, təbliğat kampaniyası dövründə və bilavasitə seçkilər ərəfəsində biz yenidən müzakirə edərək o dövrdə olan siyasi şəraitin diqtəsinə uyğun olaraq qərar qəbul edəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG