Accessibility links

Arəş Mokaridust: Güneyli qaçqınların hüquqi və maliyyə yardımlara ehtiyacı var [Audio-Müsahibə]


Arəş Mokaridust
Arəş Mokaridust

Türkiyə həbs, işgəncə, fiziki təhlükə ya başqa səbəblər üzündən ölkələrini tərk etmək məcburiyyətində qalan iranlıların ilk sığınacağı hesab edilir. Türkiyədə qaçqın həyatı yaşayan Arəş Mokaridust Amerikanın Səsinə müsahibədə güneyli qaçqınların vəziyyətini anladıb. Onun sözlərinə görə, güneyli qaçqınların maariflənmə və maliyyə yardımlarına ehtiyacları var.

Arəş Mokaridust Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:29 0:00

“Güney Azərbaycandan çıxan milli fəallar Türkiyəyə gəldiklərində məlumatsız olurlar. İrandan çıxdıqları zaman stress altında olduqları üçün belə olur. Gəldikdən sonra yavaş-yavaş sıxıntılar ortaya çıxır,” deyə Mokaridust bildirir.

O, əlavə edir ki, çoxları BMT-yə gedəndə dərdlərini səlis şəkildə anlada bilmirlər. "Ya anladırlar amma oradan çıxdıqdan sonra ev kiralamaq məsələsi var, iş tapmaq var. BMT-dəki proseslərin tamamlanmasını gözləyərkən bunları etməlidirlər,” o bildirir.

BMT-yə gedəndə dərdlərini yaxşı anlada bilmirlər. Ya anladırlar amma oradan çıxdıqdan sonra ev kiralamaq məsələsi var, iş tapmaq var. BMT-dəki proseslərin tamamlanmasını gözləyərkən bunları etməlidirlər.

Mokaridustun dediklərinə görə, digər cəmiyyətlər ya siyasi qruplara mənsub İranlı qaçqınların bir çoxuna yardım edən qurumlar varkən, güneydən gələn milli fəalların problemlərinə diqqət yetirən bir qurum yoxdur:

“Güney Azərbaycandan gələnlərin çoxu milli-mədəni fəallardır. Amma digərləri də var. Misal üçün din dəyişdirmə səbəbilə İranda sıxıntı yaşamış olanlar... Digər millətlər və ya digər siyasi qruplara mənsub olan qaçqınlara baxanda, görürük ki, onlara mali və hüquqi baxımdan yardım edənlər var. Biz də dedik ki, nədən bizim belə qurumumuz olmasın?”

Arəş Mokaridustun sözlərinə görə, o və Türkiyədə qaçqın həyatı yaşayan bir neçə digər türk fəal həmin problemi çözmək məqsədilə “Sığınmacılar Yardımlaşma Mərkəzi – Güney Azərbaycan” adlı bir birlik təsis ediblər.

“Hədəfimiz Türkiyədə olan güneyli qaçqınlara maddi, hüquqi və mənəvi yardımlar etməkdir... Daha əvvəl bir neçə il Türkiyədə yaşadıqdan sonra Qərb ölkələrinə yerləşən bəzi milli fəallar əllərindən gəldiyi qədər hər ay hesabımıza müəyyən bir məbləğ yatırırlar. Biz də gələn o pulu mali yardıma ehtiyacı olanlara çatdırırıq,” deyə o təsis etdikləri mərkəzin hədəf və fəaliyyətlərini şərh edir.

Fəaliyyətimiz şəffafdır. Gələn və gedən yardımların hamısı habelə mərkəzin bütün xərcləri saytımızda yazılıb.

Mokaridust milli hərəkata mənsub siyasi təşkilatların çoxunun bu mərkəzlə əməkdaşlığa meylsiz olduqlarından gileylənir: “Bunun bir səbəbi etimadsizlıq məsələsi ola bilər,” o, qeyd edir.

Arəş Mokaridust mərkəzin fəaliyyətinin şəffaf olduğunu vurğulayır. "Əlimizə gələn və əlimizdən gedən yardımların hamısı habelə mərkəzin bütün xərcləri saytımızda yazılıb. Şəffaf olduğumuzu o təşkilatlara da göstərəcəyik və ümid edirik ki onlar da bizə inanacaq,” o deyir.

XS
SM
MD
LG