Accessibility links

Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin Azərbaycandakı səfirləri ilə görüşüb


Araz Əzimov
Araz Əzimov

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 4-də ATƏT iştirakçı dövlətlərinin Azərbaycandakı səfirlərini qəbul edib və Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca aprelin 2-dən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır.

Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

Nazir müavini atəşkəs və nəticə yönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.

XS
SM
MD
LG