Britaniyada Avropa Parlamentinə Milli Liberal Partiyadan seçkilərdə namizədliyini irəli sürən siyasətçilər arasinda güneyli fəal Araz Yurdsevən də olub. “Güney Azərbaycan İstiqlal Partiyası”nın Britaniyada nümayəndəsi olan Araz Yurdsevən Avropa Parlamentində İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizəsi məsələsinin müzakirəyə çıxarılmasına çalışır.
Amerikanın Səsinə müsahibədə Araz Yurdsevən seçki platforması və “Güney Azərbaycan İstiqlal Partiyası”nın Britaniyada fəaliyyətlərindən danışıb.
O, “Güney Azərbaycan İstiqlal Partiyası”nın artıq illərdir İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərdiyini deyib.
Araz Yurdsevər partiyanın 2013-cü ildən başlayaraq Dövlətsiz millətlər təşkilatı ilə yaxından işlədiyini deyib. Onun sözlərinə görə, Britaniyanın Milli Liberal partiyası dövlətsiz millətlərin öz müqəddəratını təyin etmək hüquqlarını tanıyır və öz sıralarına bu millətlərin nümayəndələrini götürür.
Araz Yurdsevən “Güney Azərbaycan İstiqlal Partiyası”nın Britaniya parlamentinin üzvləri ilə keçiriln görüşlərdə güney azərbaycanlıların İranda milli-mədəni hüquqlarının pozulması məsələsini müzakirəyə çıxardığını qeyd edib.