Accessibility links

Mərhum fələstin lideri Yasir Ərafatın cəsədi eksqumasiya olunacaq


Ərafatın paltarında radioaktiv poloniumun aşkar olunması onun zəhərləndiyinə dair spekulyasiyalara yol açıb

Fələstinin sabiq prezidenti, mərhum Yasir Ərafatın cənazəsinin səkkiz ildən sonra noyabr ayının 26-da eksqumasiya olunacağı bildirilir.

İsveçin iki yüksək səviyyəli eksperti eksqumasiyanın texniki, siyasi və hüquqi tərəflərini müəyyən etmək üçün İordan çayının Qərb sahilinə gəliblər.

Mərhumun həyat yoldaşı Suhanın İsveçin araşdırmalar institutuna təqdim etdiyi Fələstin liderinin paltarında yüksək səviyyədə radioaktiv poloniumun aşkar edilməsindən sonra Fransa məhkəməsi qətl üzrə cinayət işi qaldırıb.

Ərafatın ölümü ilə bağlı uzun müddətdir ki, şayiələr dolaşır. Ömrünün son günlərində onu müayinə edən fransız həkimlər ölümün səbəbini müəyyən edə bilmədiklərini deyiblər.

Suha deyib ki, o, Ərafatın zəhərləndiyinə inanır və ona görə də ərinin eksqumasiyasını tələb edib ki, cənazədə poloniumun olub-olmadığı müəyyən edilsin.

XS
SM
MD
LG