Accessibility links

Bəzi ərəb ölkələrini bürüyən iğtişaşların siyasi, iqtisadi səbəbləri (analitik məlumat)


Bəzi ərəb ölkələrini bürüyən iğtişaşların siyasi, iqtisadi səbəbləri (analitik məlumat)
Bəzi ərəb ölkələrini bürüyən iğtişaşların siyasi, iqtisadi səbəbləri (analitik məlumat)

Tunisdə tarixi nümayişlər 26 yaşlı tunisli Məhəmməd Boazizi doğma şəhərində arabada meyvə-tərəvəz satmağı qadağan ediləndən sonra başlandı. Rəsmilər onun arabasını müsadirə və özünü təhqir etdilər. Boazizi bunun qarşılığında üzərinə benzin tökərək özünü yandırır və on gündən sonra vəfat edir. O İnternet vasitəsi ilə Tunisdə və ərəb dünyasının bir çox yerində qəhraman və etirazların simvolu olur.

Minlərlə nümayişçi İordaniya, Əlcəzair və Yəmənin küçələrinə çıxdı. Az sonra 50 000 qəzəbli ərəb nümayişçi Qahirənin küçələrinə çıxaraq Hüsni Mübarəkin istefasını tələb etdilər. Bütün bunlar Tunisdə görünməmiş üsyanla başladı. Samer Şehata Corctoun universitetinin elmi işçisidir: “Bizdə bu cür kütləvi protest vasitəsi ilə heç vaxt ərəb lideri hakimiyyətdən devirilməyib.”

Tunis prezidenti bir çox ərəbin dediyi kimi “daimi prezidentlik klubunun” üzvü idi. Şimali Afrikadan tutmuş Yaxın Şərqədək ərəb liderləri 10 illərlə müxtəlif korrupsiya dərəcələrində repressiv rejimlərə hakimlik ediblər. Samer Şehata deyir ki, ümumi hesabla Mərakeşdən tutmuş Suriyaya qədər bütün ərazi avtoritar siyasətə qərq olub.

Region boyu ərəb hakimiyyətinin simvolu olmuş Ben Əli ölkəsinə 23 il hakimlik edib. Tunisdə tarixi nümayişlər 26 yaşlı tunisli Məhəmməd Boazizi Tunisdən 260 kilometr məsafədə yerləşən doğma şəhərində arabada meyvə-tərəvəz satmağı qadağan ediləndən sonra başlandı. Rəsmilər onun arabasını müsadirə etdilər. Samer Şehata deyir ki, “O, yerli administrasiya və təhlükəsizlik rəsmiləri tərəfindən təhqir edilir, və onun şikayət etmək üçün heç bir yolu olmur. Avtoritar dövlətin vətəndaşı olduğundan onun ləyaqəti təhqir olunur.”

Boazizi üzərinə benzin tökərək özünü yandırır. O, on gündən sonra vəfat edir. İnternet vasitəsi ilə o, dərhal Tunisdə və ərəb dünyasının bir çox yerində qəhraman olur. Şehata deyir ki, Məhəmməd Boazizi işsizlik problemi yaşayan və avtoritar rejim tərəfindən alçaldılan yeganə insan deyil. O, region boyu minlərlə ərəbi təmsil edir.

Şimali Afrikadan tutmuş Yaxın Şərqə qədər iqtisadi cəhətdən gərgin vəziyyətdə olan ərəb ölkələrində əhalinin əksəriyyətini 30-dan aşağı yaşlı gənclər təşkil edir. Con Peyc Brukinqs institutunda çalışır. O deyir ki, çox sayda gənc fəhlə bazarına gəlir. Bunlar orta məktəb və bir çox hallarda universitet məzunlarıdır. Onlar təhsil aldıqdan sonra işsizlik problemi ilə üzləşirlər. Con deyir ki, ərəb ictimayyəti pul qazanmaq və ailələrini saxlamaq üçün uzun müddətdir ki, korrupsiyaner rejimlə mübarizə aparırlar. Bəzi ərəb ölkələrində iqtisadi durum daha da gərginləşəndə əksəriyyətini oğlanlar təşkil edən gənclər nəhayət ki, küçələrə çıxdılar.

Son 15 ildə gənclər üçün iş yerləri yaratmağa dair çətinliklər ciddi narahatçılığa səbəb olmuşdur. Bu hakimiyyəti idarə edən siyasi elitanı narahat edir.

Facebook , Twitter və başqa İnternet vasitələri ilə ərəb gəncləri öz həyat tərzlərini dünyanın başqa yerlərindəki həyat tərzi ilə müqaisə edə bilirlər. Con Peyc deyir ki, “Asiyadakı uğurlu davamiyyətə baxın. Bir şey aydındır ki, Avropa və Şimali Amerikanın bu günkü iqtisadiyyatına baxsaq görərik ki, bu ölkələrin siyasətçiləri hər səhər özlərinə bir sual verirlər “Bu gün iqtisadiyyat necədir.” Düşünmürəm ki, ərəb liderləri səhər yuxudan oyananda özlərinə bu sualı verirlər.

XS
SM
MD
LG