Accessibility links

Apple və Google koronavirusun yayılması ilə mübarizə məqsədilə izləmə texnologiyası yaradacaq


Cümə günü Apple və Google şirkətləri bir araya gələrək koronavirusun yayılmasının qarşısını almaq üçün yeni əlaqəni izləyən texnologiya yaradacaqlarını elan edib. Bu yeni texnologiya istifadəçilərə yaxınlarında olan başqa telefon istifaçilərini göstərəcək sistemdən istifadə etməyə imkan verəcək.

Silikonlar Vadisinin iki nəhəng şirkəti müvafiq olaraq dünyanın ən aparıcı iPhone və Android mobil cihazlarının əməliyyat sistemlərini istehsal edir.

Yeni texnologiya istifadəçilər COVID-19 testi müsbət çıxmış birisi ilə yaxın məsafədə olduğu zaman onlara Bluetooth bağlantısı vasitəsi ilə xəbərdalıq göndərəcək.

Texnologiya ilk olaraq may ayının ortalarında ictimai səhiyyə orqanları tərəfindən təsdiqlənən əlaqə izləmək tətbiqləri üçün softveyr kimi istifadə olunacaq. Lakin, Apple və Google bu izləmə texnologiyasını gələcək aylarda əməliyyat sistemlərinı əlavə etməyi planlaşdırır ki, istifadəçilər yaxınlıqdakı telefonları izləmək üçün əlavə tətbiqlər yükləməyə ehtiyac duymasınlar.

Şirkətlər bildiriblər ki, bu texnologiya istifadəçilərin yerini və şəxsi məlumatlarını izləməyəcək və yalnız istifadəçilərin telefonları bir-birinə yaxın olduğu haqda məlumatl toplayacaq. Bu məlumatlar isə şirkətlərin serverlərinə deyil, istifadəçilərin telefonuna ötürüləcək. Şirkətlər GPS məlumatlarının toplanmasınında maraqlı olmadıqlarını bildirir.

XS
SM
MD
LG