Apple şirkəti dekabr ayında Kaliforniya ştatının San Bernardino şəhərində kütləvi qətl törətmiş şəxsin telefonunun şifrəsini açmaqla Federal Təhqiqat Bürosuna yardımla bağlı məhkəmə qərarına riayət etməkdən imtina edir.
Apple deyir ki, FBİ son beş ay ərzində 10-dan çox telefonun şifrəsinin açılmasını tələb edib. Texnologiya nəhəngi bu addımı atdığı təqdirdə FBİ-ın gələcəkdə bu istəyini təkrarlayacağını deyib.
Apple bu sahədə əməkdaşlığı rədd edir. Şirkətin rəhbəri Tim Kuk deyir ki, bu, Apple telefon istifadəçilərini təhlükə altına qoyur.
Apple cümə gününə qədər hökumətin tələbinə cavab verməlidir. Bu işlə bağlı məhkəmə martın 22-nə təyin edilib.